Məhsul haqqında : Akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, çox elastik, suyu dəf etmək üçün hazırlanmış su tərkibli plastik örtükdür.
Xüsusiyyətləri : İstifadə olunduğu səthə mükəmməl bir şəkildə yapışır. Elastik tərkibə malik olduğundan isti və soyuq hava şəraitində elastikliyini qoruyur. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubəti bayıra atar. Kimyəvi və UV müqaviməti yüksəkdir. Su keçirməz.
İstifadə sahələri : Su və nəmə qarşı dözümlü olmağı tələb olunan binalarda, beton, suvaq, kərpic, taxta, düz və dalğalı dam örtüklərində, terras və damlarda istifadə olunur.
Tətbiqi : Sutut istifadə edilməyə başlamazdan əvvəl səth yağ, toz və qum kimi yapışmağı əngəlləyən maddələrdən tamamilə təmizlənməlidir. Lazım gələrsə, səthdəki çuxur və çatlar Sobexpas məcun ilə düzəldilməlidir. Səth hazır vəziyyətə gətirildikdən sonra Sutut 40 % su ilə incəldilərək 1 qat astar olaraq istifadə olunur. Astar quruduqdan sonra Sutut 2-3 qat incəldilmədən istifadə edilməli və hər qat bir əvvəlki qatın tərs istiqamətində vurulmalıdır. Qatlar arasında ən az 24 saat gözlənilməlidir. Sutut istifadə olunmuş səthlər 24 saat yağış, qar və dondan qorunmalıdır. İstifadə zamanı temperatur +5º C+ 35ºC arasında olmalıdır. +5º C aşağı temperaturda istifadə edilməməlidir. Gəziləcək və zərbələrə məruz qalacaq səthlərin üstü qoruyucu örtüklərlə örtülməlidir.
Sərfiyyat : 1 kq. Sutut ilə tək qat şəkildə səthə bağlı olaraq 14 m² sahə boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı istidən və donmaqdan qoruyun.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !