Məhsul haqqında : Akril kopolimer əsaslı, yüksək konsentrasiyalı rəngli pasta.
Xüsusiyyətləri : Sobmatik rəng pastası 24 əsas rəngdə istehsal olunan piqment pastasınıağ rəng boya ilə qarışdıraraq minlərlə müxtəlif rəng çalarları əldə etmək olar. Yüksək doyma səviyyəsinə malik olduğundan istifadə olunduğu səthi yüksək səviyyədə tonlaşdırır və sadəcə su tərkibli boyalarda istifadə olunur. Olduqca mükəmməl rəng tonlarına malikdir. Ekoloji cəhətdən sağlamdır.
İstifadə sahələri : Sobmatik rəng pastası su əsaslı emulsiyalara qatılaraq uyğun səthlərdə istifadə olunur.
Tətbiqi : Sobmatik rəng pastası istifadədən əvvəl yaxşıca çalxalanmalı, sonra qabı açılmalıdır. Sobmatik pastası əlavə edilmiş ağ boya yaxşıca qarışdırılır. Qarışdırıcıdan istifadə etmək tövsiyə olunur. Əl ilə qarışdırdıqda isə istədiyiniz rəng tonu əldə edilənə qədər qarışdırılmalıdır. Müvafiq rəng tonunu əldə etdikdən sonra boyanı müvafiq səthlərdə yoxlayın.
Sərfiyyat : Özlülüyün zəruri səviyyəsini əldə etmək üçün boyanı su ilə durulaşdırmaq lazımdır. 100 qr Sobmatik piqment pastası ilə 20 kq ağ boyanı rəngləndirmək olar. Qarışma nisbəti 1:40 (2.5%), 1:20 (5%), 1:10 (10%), 1:5 (20%) olaraq dəyişir.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Donmaqdan qoruyun.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.
S 29 : Kanalizasiyaya atmayın.
S 36 / 37 / 39 : İşləyərkən uyğun qoruyucu geyim, əlcək, maska və eynək istifadə edin.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !