Məhsul haqqında :Sahara Crystal səthdə parlaq kristal effekt yaradan, su əsaslı, qoxusuz dekorativ boyadır. Daxili məkanlarda tətbiq olunan, ekoloji cəhətdən təmiz, yüksək örtücülüyə malik Sahara Crystal boya tərkibinə görə səthdə işığın təsiriylə parıldayan kristal dənəcikləri effekti yaradır.
Xüsusiyyətləri : Tərkibindəki metallik piqmentlər və xüsusi qatqılar sayəsində istifadə olunduğu səthdə olduqca gözoxşayan, zərif və dekorativ görünüş yaradır. Eyni zamanda səthdəki xırda qüsurları ustalıqla örtür. Parlaqlığını və rəngini uzun müddət qoruyur. Zamanla divarlarda zədələnmiş hər hansı bir hissə olarsa, Sahara Crystal dekorativ boya ilə təkrarən fərq yaranmadan ustalıqla bərpa oluna bilər. Sahara Crystaldekorativboyanın xırda və iri qum dənəciklərindən ibarət tərkibə malik iki çeşidi mövcuddur.
İstifadə sahələri : Sahara Crystal dekorativ boya binalarındaxili hissələrində zəmin hazırlıqları tamamlanmış bütün səthlərdə astar boyadan sonra istifadə edilir. Su tərkibli olduğu üçün zərərsizdir və səthlərin nəfəs almasına şərait yaradır. Səthə möhkəm yapışaraq qopmur və tökülmür. Sahara Crystal boyanın zəngin rəng çeşidi və fərqli teksturaları ilə məkanlar təkrarsız olacaq.
Tətbiqi : Dekorativ boya tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səth gips əsaslı məhsullarla astarlanmalı və üzlənməlidir. Hazırlanmış səth sumbata olunub binder ilə yuyulmalıdır. Tam hazır olan səth əvvəlcə seçilmiş rəng tonuna uyğun plastik boya ilə iki qat boyanır. Astar boya tamamilə quruduqdan sonra Sahara Crystal enli fırça ilə səthə çəkilir və sağ-sol istiqamətində istənilən tekstura verilir. Sahara Crystal tətbiq olunan səthlər bir gün ərzində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır.
Sərfiyyat : 1 kq. Sahara Crystal boya ilə tək qat şəkildə səthə bağlı olaraq 5 m² sahə boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 2 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik Şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !