Məhsul haqqında : Sement əsaslı, kimyəvi qatqılarla zəngin, rahat hazırlanan və tətbiq olunan, polimerləşdirilmiş, birkomponentli, boz rəngli kafel keramikayapışdırıcısıdır. Məhsul AZS 039-2000 standartına uyğundur.
Xüsusiyyətləri :
Rahat hazırlanır və tətbiq olunur.
Daxili və xarici məkanlarda istifadə olunur.
İstifadə müddəti uzundur.
Yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələrin yapışdırılması mümkündür.
Şaxtaya, nəmə və istiyə qarşı dayanıqlıdır.
Köhnə keramikalar qoparılmadan üzərinə yeni üzlük materiallarını yapışdırır.
İstifadə sahələri : Daxili və xarici məkanların sement əsaslı səthlərinə kafel,metlax, kərpic və şüşə mozaikaların şaquli və üfüqi yapışdırılmasında istifadə edilir.
Tətbiqi : Qarışıq malanın düz tərəfi ilə səthə çəkilir. Sonra malanın dişli tərəfi ilə səth daraqlanaraq, ən azı 3 mm aralıq buraxmaqla plitələr yapışdırılır. İri ölçülü plitələrin yapışdırılmasında kombinə edilmiş yapışdırma üsulundan istifadə edilir. Bu üsulda səthlə yanaşı, plitənin arxasına da qarışıq çəkilərək daraqlanmalıdır. Plitələri yaxşı yapışdırmaq üçün rezin çəkicdən istifadə olunur. Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddətini səthə barmaqla toxunmaqla (basmaqla) müəyyən edilir. Qarışıq barmağa yapışarsa, o zaman plitələri səthə yapışdırmaq olar. Bu müddət 20 dəqiqədən çox olmamalıdır. Səthə çəkilmiş qarışıq qabıq bağlayarsa, həmin hissə səthdən qaşınaraq götürülüb və yenisi ilə əvəz olunmalıdır.
Sərfiyyat :
Üzlük plitələrin ölçüləri
Daraq Diş Ölçüləri
İstifadə miqdarı
10x10 ilə 20x20 sm
8x8x8 mm
Tək tərəfli yapışma 5 kq/m²
10x10 ilə 20x20 sm
8x8x8 mm
İki tərəfli yapışma 6 kq/m²
20x20 ilə 60x60 sm
10x10x10 mm
İki tərəfli yapışma 7-8 kq/m²
Saxlama müddəti : Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, üst-üstə maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 28 : Cild ilə təmasında dərhal bol su ilə yuyun.
S 36/37/39 : İşləyərkən uyğun qoruyucu geyim, əlcək, eynək/maska istifadə edin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !