Məhsul haqqında : Sement əsaslı, kimyəvi qatqılarla modifikasiya olunmuş, rahat tətbiq oluna bilən, birkomponentli, boz rənglikeramikayapışdırıcısıdır. Məhsul AZS 039-2000 standartına uyğundur.
Xüsusiyyətləri :
Rahat hazırlanır və tətbiq olunur.
Daxili və xarici məkanlarda istifadə olunur.
İstifadə müddəti uzundur.
Şaxtaya, nəmə və istiyə qarşı dayanıqlıdır.
Qabıq bağlama müddəti uzun olduğu üçün istifadə zamanı xüsusi rahatlığa malikdir.
İstifadə sahələri : Daxili və xarici məkanların sement əsaslı şaquli və üfüqi səthlərinə kafel, metlax, kərpic kimi üzlük materialların yapışdırılmasında istifadə edilir. Ölçüsü 60 sm x 60sm-ə qədər olan üzlük plitələrin yapışdırılmasında tətbiq etməklə yüksək nəticə əldə olunur.
Tətbiqi : İstifadə olunacaq səth möhkəm daşıyıcı və təmiz olmalıdır. Səth hər cür yağ və parafin qalıqlarından təmizlənməlidir. Səthdə olan çatlar və ya boşluqlar bir gün əvvəl Sobsan Ekstra məhsulu ilə təmir olunmalıdır. Tətbiq olunacaq səthlər öncədən nəmləndirilməli və ya Binder ilə astarlanmalıdır. 25 kq-lıq toz şəkilli qarışıq 6,0-6,5 litr suyun üzərinə ehmalca boşaldılır. 3-5 dəqiqə saxladıqdan sonra kürəciklər yox olana qədər aşağı dövriyyəli mikserlə qarışdırılır. Kürəciklər həll olduqdan sonra 3-5 dəqiqə saxlanılır və istifadədən əvvəl təkrar olaraq bir az qarışdırılaraq tətbiq olunur.
Sərfiyyat :
Üzlük plitələrin ölçüləri
Daraq Diş Ölçüləri
İstifadə miqdarı
10x10 ilə 20x20 sm
8x8x8 mm
Tək tərəfli yapışma 5 kq/m²
10x10 ilə 20x20 sm
8x8x8 mm
İki tərəfli yapışma 6 kq/m²
20x20 ilə 60x60 sm
10x10x10 mm
İki tərəfli yapışma 7-8 kq/m²
Saxlama müddəti : Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində, üst-üstə maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 28 : Cild ilə təmasında dərhal bol su ilə yuyun.
S 36/37/39 : İşləyərkən uyğun qoruyucu geyim, əlcək, eynək/maska istifadə edin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !