*4545

Divar boyamada qızıl qaydalar

02-06-2023

          Boyama zamanı divarlara zolaq düşməməsi üçün bir neçə qızıl qayda mövcuddur:

  • Boya istifadə olunmazdan əvvəl  divarların möhkəm olmasına və üzlük - astar vurulmasına diqqət etmək lazımdır. Vurulan üzlük-astar mütləq hamar olmalıdır.
  • Divara vurulan üzlük- astar quruduqdan sonra sumbata etmək lazımdır.
  • Daha sonra divar binder ilə 1/7 nisbətində su ilə duruldaraq yuyulmalıdır.
  • Əvvəlcə yuxarı künclər bant çəkilərək fırça və ya barmaq rulo ilə boyanmalıdır.
  • İstifadə olunan rulonun təyinatı mütləq su əsaslı boyalar üçün olmalı və keyfiyyətli tərkibdən hazırlanmalıdır.
  • Yuxarı künclər boyandıqdan sonra divar soldan - sağa, yaxud əksinə horizontal şəkildə boyanmalıdır və bu prosesdə divarın doyurulmasına diqqət etmək lazımdır.
  • Boya tətbiq tələblərinə bağlı olaraq iki qat şəkildə vurulur və qatlar arasında iki saat gözləmək mütləqdir.
  • Bütün bu sadalananların vacibliyi ilə bərabər seçdiyiniz məhsullar da mütləq keyfiyyətli olmalıdır.

 

Divar boyamada qızıl qaydalar