Boyama zamanı divarlara zolaq düşməməsi üçün bir neçə qızıl qayda mövcuddur:
- Boya istifadə olunmazdan əvvəl divarların möhkəm olmasına və üzlük - astar vurulmasına diqqət etmək lazımdır. Vurulan üzlük-astar mütləq hamar olmalıdır.
- Divara vurulan üzlük- astar quruduqdan sonra sumbata etmək lazımdır.
- Daha sonra divar binder ilə 1/7 nisbətində su ilə duruldaraq yuyulmalıdır.
- Əvvəlcə yuxarı künclər bant çəkilərək fırça və ya barmaq rulo ilə boyanmalıdır.
- İstifadə olunan rulonun təyinatı mütləq su əsaslı boyalar üçün olmalı və keyfiyyətli tərkibdən hazırlanmalıdır.
- Yuxarı künclər boyandıqdan sonra divar soldan - sağa, yaxud əksinə horizontal şəkildə boyanmalıdır və bu prosesdə divarın doyurulmasına diqqət etmək lazımdır.
- Boya tətbiq tələblərinə bağlı olaraq iki qat şəkildə vurulur və qatlar arasında iki saat gözləmək mütləqdir.
- Bütün bu sadalananların vacibliyi ilə bərabər seçdiyiniz məhsullar da mütləq keyfiyyətli olmalıdır.