30-09-2025
Rusiyanın "MALXEM" şirkətinin təsisçisi və bir qrup rəhbər şəxsləri SOBSAN-da qonaq olublar. Qonaqlar istehsal sahələri ilə yaxından tanış olub, həmçinin birgə əməkdaşlığa dair müzakirələr aparıblar.
SOBSAN MMC-nin həmtəsisçisi Cavid Səbzəliyev bu görüşün şirkətlər arasında təcrübə mübadiləsi və yeni imkanların araşdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, 9 ildir fəaliyyət göstərən və beynəlxalq təcrübəyə malik "MALXEM" şirkəti sənaye sektorunda müxtəlif sahələr üçün yüksək effektivliyə malik antikorroziv örtüklərin istehsalı və tətbiqi sahəsində ixtisaslaşıb.