13-12-2023
Xarici cəbhə boyası evinizin estetik görünüşünü yaxşılaşdırmaq və tikinti materiallarını qoruyub, davamlılığını təmin etmək üçün istifadə olunur. Həmçinin estetik görünüş ilə yanaşı, onların açıq hava şəraitinə dözümlü olması da əhəmiyyətlidir. Möhkəm və estetik cəhətdən xoş xarici görünüş yaradan xarici cəbhə boyaları istifadə də daha çox üstünlük təşkil edir. Binaların xarici görünüş dizaynı daxili dizayn qədər vacib hesab edilir. İlk növbədə yaşayış yerləri, məktəblər, xəstəxanalar və iş yerləri xarici görünüşü ilə diqqəti daha çox cəlb edir. Xarici cəbhə boyası seçərkən ilk nəzərə alınacaq olan məqam tətbiqin aparılacağı zaman mühitin iqlim şəraiti və tətbiq olunacaq səthin xüsusiyyətləridir. Həddindən artıq yağışlı iqlim şəraitində nəmə və suya davamlı boyalara üstünlük verilməlidir. Belə hava şəraiti üçün tövsiyə olunan boya növü xarici cəbhə boyalardır. Yağışların az olduğu və günəş işığının yüksək olduğu bölgələrdə nəmə davamlılıqdan əvvəl günəş işığına davamlı açıq rəngli boyalara üstünlük verilməlidir. Xarici cəbhə boyama zamanı bir çox qaydalara diqqət etmək lazımdır. Zədəli, köhnə binalarda divar və boya çatları, çuxurları təmir edilməlidir. Çatlar və çuxurlar məcun ilə doldurulmalı və quruduqdan sonra hamarlanmalıdır. Boyanmadan əvvəl xarici səthin divarları toz, kir və yağlardan su ilə təmizlənməli, divarların təmiri başa çatdırılmalı daha sonra astarlama prosesi tətbiq olunmalıdır. Əks halda boya yaxşı yapışmayacaq və pis görüntü ilə nəticələnəcək. Astarlama üçün uyğun astar seçilərək su ilə incəldilib öncədən təmizlənmiş divara fırça və yaxud rulo vasitəsi ilə tətbiq olunur. Xarici cəbhənin astarlama işi bitdikdən sonra quruması üçün bir gün gözlədikdən sonra xarici cəbhə boyası tətbiq edilir.