*4545

Brend: Sobsan

Kateqoriya: Məhsullar

Məhsulun kodu: T1700-000001

Texniki parametrlər

Görünüş: Parlaq

Tətbiq sahələri: Taxta səth

Tipi: Sintetik

Görünüş: Şəffaf

Çəkini seç

Anbarda: 218 ədəd
5.00 AZN

Məhsul haqqında

SOBVERNIK PARKET LAKI

 

 

Məhsul haqqında : Uretan alkid qətran əsaslı, şəffaf, parlaq görünüşlü lakdır.

 

 

Xüsusiyyətləri : Mükəmməl parlaqlıq və yayılma xüsusiyyətləri ilə fiziki zərbələrə qarşı tam şəkildə müqavimət  göstərir, asanlıqla cızılmaz. Tez quruyur və istifadə olunduğu  bütün səthlərdə  uzunömürlü qoruma və  parlaqlıq yaradır.  

 

İstifadə sahələri  : Xüsusilə parket, yer döşəmələri, taxta örtüklər  və taxta  materiallardan emal olunmuş  hər növ mebel aksesuarları  və  dekorativ taxta səthlərin qorunmasında güvənli şəkildə istifadə olunur.

 

 

Tətbiqi  : Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Köhnə qabarmış laklar  qazınaraq təmizlənməli və sumbata olunaraq  tozları təmizlənməlidir. Yeni taxta səthlərdəki düyünlər  yandırılmalıdır,  Sobsan Sellülozik Tiner ilə təmizlənməli və Sobsan Sellülozik Dolğu Lak ilə doldurulub düzləşdirilməlidir. Sobvernik Parket Lakı 10-25 % nisbətində  Sobsan Sintetik Tiner ilə incəldilir. Yaxşıca  qarışdırıldıqdan sonra iki qat şəkildə, qatlar arasında ən az 12-24 saat gözləməklə  fırça, rulo və ya püskürtmə aparatı  ilə tətbiq edilir.

 

 

Sərfiyyat : 1 kq  Sobvernik Parket Lakı  ilə tək qat halda  səthə  bağlı olaraq 12 -15 m² sahəyə  lak vurula bilər.

 

 

Saxlama müddəti   : Birbaşa günəş işığı düşməyən  5-35°C-lik mühitdə,  açılmamış orijinal qablarında 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır. 

 

 

 

Təhlükəsizlik  Şərtləri :  

 

S  2            : Uşaqların əli çatdığı  yerlərdən uzaq tutun.                                                                                                        

S 3 / 7 / 9  : Qutunu bağlı halda, sərin və yaxşı  havalandırılan yerlərdə mühafizə  edin.

S 16           : Tezalışan maddələrdən  uzaq tutun, siqaret çəkməyin!                                                                

S 24 / 25   : Göz və dəri ilə təmasdan qoruyun.                                                                                                                     

S 29           : Kanalizasiyaya atmayın.                                                                                                                          

S 46           : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi   göstərin.                                                  

S 51           : Yalnız yaxşı  havalandırılan yerlərdə istifadə edin.

 

 

 

 

Qeyd: Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !

 

 

Oxşar məhsullar

Təklif olunan
POLYESTER MƏCUN

Təmir, dolğu və yoxlama məcunu

5.00 AZN
Anbarda: 63 ədəd
Təklif olunan
ANTİBAKTERİAL SOBPLUS

Antibakterial daxili cəbhə boyası

13.00 AZN
Anbarda: 61 ədəd
Təklif olunan
GOLD FASAD
Sobsan GOLD FASAD

Fasad boyası

60.00 AZN
Anbarda: 89 ədəd
Təklif olunan
GOLD BOYA
Sobsan GOLD BOYA

Metallik boya

8.00 AZN
Anbarda: 75 ədəd