Məhsul haqqında : Akrilik kopolimer + silikon su əsaslı, yarı şəffaf uzun ömürlü silikonlu astardır.
Xüsusiyyətləri : Silikonlu astar istifadə olunduğu səthlərə mükəmməl şəkildə yapışır. Su itici özəlliyi sayəsində yağış sularının binaya sızmasının qarşısını alır. İstifadə olunacaq boya üçün sağlam təməl hazırlayır, nəfəs alma xüsusiyyəti ilə divardakı nəmi bayıra atar. Səthin əmicilik qabiliyyətini azaldaraq boya sərfiyyatının qarşısını alır.
İstifadə sahələri : Binaların daxili və xarici hissələrində hər növ divar və səthlərdə astar olaraq istifadə olunur.
Tətbiqi : Sobsilex Prim istifadədən etməzdən əvvəl qabarmış, boş və sağlam olmayan səthlər qazınmalı, yağ və kir silinərək təmizlənməlidir, daha sonra astarlanmalıdır. Lazım olarsa, səthdəki dəliklər və çatlar Sobexpas məcunu ilə düzəldilməlidir. Sobsilex Prim 15-20% nisbətində su ilə incəldilərək, bir qat şəkildə fırça və ya rulo ilə tətbiq edilir. Tətbiq zamanı temperaturun +5 °C -dən yuxarı olmasına diqqət olunmalıdır, nisbi rütubət 80%-dən aşağı olmalıdır. Yeni suvanmış səthlərdə 21 gün ( 20 ℃ ) suvağın sərtləşməsi gözlənilməlidir.
Sərfiyyat : 1kq Sobsilex Prim astar ilə 11 m² sahə boyanır.
Birbaşa günəş işığı düşməyən, 0 °C-nin altında və + 35 °C-dən yuxarı temperaturda orijinal qablarda saxlayın. Donmaqdan qoruyun. Saxlama müddəti 3 il.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !