*4545

Brend: Sobsan

Kateqoriya: Məhsullar

Məhsulun kodu: T1400-901003

Texniki parametrlər

Tətbiq sahələri: Xarici cəbhə

Görünüş: Mat

Tipi: Su əsaslı

Çəkini seç

Rəngi seç

Anbarda: 148 ədəd
14.90 AZN

Məhsul haqqında

"SOBSILEX" SİLİKONLU XARİCİ CƏBHƏ BOYASI  

 

 

Məhsul haqqında : Akrilik kopolimer + silikon emulsiya bağlayıcı əsaslı, mat, uzunömürlü xarici cəbhə boyasıdır. 

 

 

Xüsusiyyətləri : Tətbiq olunduğu səthlərə mükəmməl şəkildə yapışır, çatlamaz və tökülməz. Sürtünməyə, yuyulmağa, qələvi  və suya dayanıqlıdır. Su itici özəlliyi ilə yağış sularını sızdırmayan, yüksək örtücülüyə malik, rəngləri solmayan, nəfəs ala bilən keyfiyyətli xarici cəbhə boyasıdır.    

 

 

İstifadə sahələri : Hər növ  gips, suvaq, beton və alçıpan kimi xarici  cəbhə səthlərində dekorativ və qoruyucu məqsədlə güvənli şəkildə istifadə olunur.  

 

Tətbiqi : Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış  və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün  səthə  məcun vurulmalıdır. Məcun vurulduqdan  sonra səth lazım olarsa, sumbata olunmalıdır  və Sobsilex Prim Astarı ilə astarlanmalıdır. Astar tətbiq olunduqdan  2-3 saat sonra Sobsilex Xarici  Cəbhə  Boyası 15 - 20%  nisbətində  su ilə incəldilərək, iki qat şəkildə  fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında ən az 2-6 saat gözlənilməlidir. Tətbiq sırasında  mühit və  səth temperaturunun 5-35 °C arasında olmasına diqqət  olunmalıdır.      

 

 

Sərfiyyat : 1 kq  Sobsilex Xarici  Cəbhə  Boyası ilə  tək qat şəkildə səthə bağlı olaraq 6 - 8 m² sahə  boyana bilər. 

 

 

Saxlama Müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.  

 

 

Təhlükəsizlik Şərtləri :    

 

S  2            : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.  

S 3 / 7        : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.  

S 24 / 25    : Göz və dəri ilə təmasdan qoruyun. 

S 29           : Kanalizasiyaya atmayın. 

S 46           : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.  

 

 

Qeyd: Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !

 

Oxşar məhsullar

Təklif olunan
POLYESTER MƏCUN

Təmir, dolğu və yoxlama məcunu

5.00 AZN
Anbarda: 63 ədəd
Təklif olunan
ANTİBAKTERİAL SOBPLUS

Antibakterial daxili cəbhə boyası

13.00 AZN
Anbarda: 61 ədəd
Təklif olunan
GOLD FASAD
Sobsan GOLD FASAD

Fasad boyası

60.00 AZN
Anbarda: 89 ədəd
Təklif olunan
GOLD BOYA
Sobsan GOLD BOYA

Metallik boya

8.00 AZN
Anbarda: 75 ədəd