Məhsul haqqında : Daxili və xarici divarlar üçün dekorativ boya.
Xüsusiyyətləri : SOBRANO TRAVERTINOsu əsaslı, yüksək texnologiya ilə hazırlanmış mükəmməl örtmə gücünə malik dekorativ boya. İnteryer və eksteryer üçün xüsusi zövqlə hazırlanmış məhsul aşınmağa və əlverişsiz hava şaraitinə qarşı olduqca dözümlüdür. Özəl tərkibi sayəsində səthin nəfəs almasını təmin edərək divarları nəmə qarşı qoruyur. Üstün cəhətlərindən biri zaman içərisində görünüşünün dəyişmədən olduğu kimi qalmasıdır. SOBRANO TRAVERTINO zərif və isti təsir bağışladığı üçün daxili divarlarda, xüsusilə otaqlar, foyelər, pilləkən boşluqları, dəhliz kimi yerlərdə də istifadə olunur.
İstifadə sahələri : Travertino dekorativ boya binaların xarici və daxili hissələrində (divar, tavanlarda) dekorativ və qoruyucu məqsədlə istifadə olunur.
Tətbiqi :Dekorativ boya tətbiq ediləcək səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Daha sonra üzərinə bir qat xüsusi astar boya Sobrano Deco Primer və ya Sobsilex Prim vurulmalıdır. Sobrano Travertino daha öncə hazırlanmış səth üzərinə paslanmayan dekor mala ilə bir qat qalın şəkildə çəkilir. 2-3 saat gözlədikdən sonra səthə xüsusi naxışlı mala ilə travertineffekti verilir. Havanın temperaturundan asılı olaraq 15-20 dəqiqə gözlədikdən sonra, dekor mala ilə qabarıq qalmış hissələr bir az əzilir, təkrar 20 dəqiqə sonra səth tamamilə hamarlaşdırılır. Sobrano Travertino səthə şaquli və üfüqi istiqamətdə vurula bilər. Yağışda, günəşin altında, güclü küləkli havada və ya temperatur +10° C- dən aşağı olduqda istifadə olunmamalıdır. İstəyə bağlı olaraq üzərinə boya vurula bilər. Sobrano Travertino -ya uyğun olaraq Sobrano Finitura boyanın vurulması tövsiyə olunur. Vurulan rəngdən asılı olmayaraq ilk öncə ağ rəng Finitura boya çəkilməlidir. Boya səthə xüsusi boya süngəri ilə vurulur.
Sərfiyyat : 1 kq. SOBRANO TRAVERTİNO dekorativ boya ilə tək qat şəkildə səthə bağlı olaraq 0.5-1 m² sahə boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-40°C-lik mühitdə, açılmamış orijinal qablarında 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik Şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə, ağzı bağlı halda saxlayın.
S 29 : Kanalizasiyaya atmayın.
S 36 / 37 / 39 : İşləyərkən uyğun qoruyucu geyim, əlcək, maska və eynək istifadə edin.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !