Məhsul haqqında :Sədəf dekorativ boya saf akrilik kopolimer bağlayıcı əsaslı, səthlərdə sədəf görüntüsü yaradaraq zərif təsir bağışlayan su əsaslı, qoxusuz, dekorativboyadır.
Xüsusiyyətləri : Səthlərə dekorativ məqsədlə tətbiq olunan, fərqli tətbiq alətləri ilə işığın yansımasına bağlı olaraq sədəfli naxışlar yaradan daxili cəbhə boyasıdır. Sedef dekorativ boya ekoloji cəhətdən təmizdir. Səthi örtmə qabiliyyəti olduqca yüksəkdir.
İstifadə sahələri :Sədəf dekorativ boya bütün növ daxili divar və tavanlarda zərif, dekorativsədəfgörüntüsü əldə etmək üçün istifadə edilir.
Tətbiqi :Dekorativ boya tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səth gips əsaslı astarla astarlanmalıdır. Astarlandıqdan sonra səth gips əsaslı üzlüklə üzlənməlidir. Lazım olarsa, səth sumbata olunmalıdır və Sobbinder ilə astarlanmalıdır. Daha sonra səth 2 qat şəkildə Sobplus lux plastik boya ilə astarlanmalıdır. Astar tətbiq olunmuş səthə 2-3 saat sonra SOBSAN SƏDƏF BOYA iki qat şəkildə fırça və ya dekor mala ilə tətbiq olunur. Qatlar arasında 2-3 saat gözlənilməlidir. Tətbiq zamanı mühit və səth temperaturunun 5-35 °C arasında olmasına diqqət edilməlidir.
Sərfiyyat : 1 kq. Sobsan Sədəf Boya ilə tək qat şəkildə səthə bağlı olaraq 5 m² sahə boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 2 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik Şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !