Məhsul haqqında : Su və PVA əsaslı,tək komponentli, istifadəyə hazır, solventsiz parket yapışqanıdır.
Xüsusiyyətləri : Parketi səthə mükəmməl şəkildə yapışdırır və qopmaz. Asan tətbiq olunur və tez quruyur. Səthdə dayanma müqaviməti olduqca yüksəkdir. Nəmə və kimyəvi maddələrə qarşı dözümlüdür. Səthdəki nahamar yerləri dolduraraq parketin daha yaxşı yapışmasını təmin edir.
İstifadə sahələri : Hər cür taxta parketlərin beton zəmin, keramika, mərmər və taxta səth üzərinə yapışdırılmasında istifadə olunur.
Tətbiqi : PVA Parket Yapışqanı tətbiq edilməzdən əvvəl səth kir, yağ, toz və qum kimi yapışmağa mane olan maddələrdən tamamilə təmizlənməlidir. Zəmin təmiz, sağlam və quru olmalıdır.İstifadəyə hazır şəkildədir, incəltməyə ehtiyac yoxdur. Səthə daraq mala və fırça ilə tətbiq edilir. İstifadədən əvvəl yaxşıca qarışdırılmalıdır. Tətbiq zamanı temperatur +10°C-nin üzərində olmalıdır.
Sərfiyyat : 1 kq PVAParket Yapışqanı ilə tək qat halda səthə bağlı olaraq 1 m² sahəyə yapışqan vurula bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarında 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !