*4545

Brend: Sobsan

Kateqoriya: Məhsullar

Məhsulun kodu: T 1660-901001

Texniki parametrlər

Görünüş: Mat

Tətbiq sahələri: Metal səth

Tətbiq sahələri: Taxta səth

Tipi: Sintetik

Tətbiq sahələri: Beton səth

Çəkini seç

Anbarda: 0 ədəd
5.00 AZN

Məhsul haqqında

SOBSAN MAT SİNTETİK BOYA

 

Məhsul haqqında : Alkid qətran əsaslı, hava qurumalı, sintetik son qat mat boyadır.

 

 

Xüsusiyyətləri : Örtmə gücü  yüksək olub  tez quruyur, rəngləri solmaz və fırça izi buraxmaz. Son qat, mat sintetik dekorasiya boyasıdır.  

 

 

İstifadə sahələri : Taxta, metal və suvanmış  hər cür  inşaat  sistemlərinin  daxili  və xarici  səthlərində dekorativ və  qoruyucu məqsədlə  güvənli şəkildə istifadə olunur.

 

 

Tətbiqi  : Tətbiq olunacaq səthlər  nəm, kir, toz və yağdan tamamilə təmizlənməlidir.  

a) Taxta səthlər  : Səthlərdəki düyünlər yandırılmalı, köhnə boyalar qazınmalı, sumbata və  təmizləmə prosesindən  sonra  Sobsan Sintetik Astar ilə tək qat astarlanmalıdır. 

b) Metal Səthlər  : Səthlərdəki  kir, pas və yağlar təmizləndikdən sonra  Sobsan Sintetik Astar ilə astarlanmalıdır.

c) Beton Səthlər : Səthlərdəki köhnə  boyalar qazınmalı, səthdəki qüsurlar  alçı və ya məcun ilə  düzəldilməli, sumbata və  təmizləmə prosesindən  sonra  Sobsan Sintetik Astar ilə tək qat astarlanmalıdır.

Astar tətbiq olunmuş səthə ən az 12 saat sonra Sobsan Mat Sintetik Boya tətbiq tələblərinə  bağlı olaraq 15-25% nisbətində Sobsan Sintetik Tiner (Sin-Tiner) ilə incəldilərək səthə fırça, rulo və ya boya tapançası ilə iki qat şəkildə tətbiq edilir. Qatlar arasında 6-8 saat gözlənilməlidir.

 

Sərfiyyat :  1 kq. Sobsan Mat Sintetik Boya ilə tək qat şəkildə səthə bağlı  olaraq  7-10 m² sahə boyana bilər.

 

Saxlama müddəti  : Birbaşa günəş işığı düşməyən  5-35°C-lik mühitdə, açılmamış orijinal qablarında 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır. 

 

 

Təhlükəsizlik  Şərtləri  :  

 

S  2            : Uşaqların əli çatdığı  yerlərdən uzaq  tutun.                                                                                                                              

S 3 / 7 / 9   : Qutunu bağlı halda, sərin və yaxşı  havalandırılan yerlərdə mühafizə   edin.                

S 16           : Tezalışan maddələrdən  uzaq tutun, siqaret çəkməyin!                                                                                           

S 24 / 25    : Göz və dəri ilə təmasdan qoruyun.                                                                                                   

S 29           : Kanalizasiyaya atmayın.                                                                                                                   

S 46           : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi  göstərin.                                                  

S 51           : Yalnız yaxşı  havalandırılan yerlərdə istifadə edin.                                                          

 

 

Qeyd: Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !

 

Oxşar məhsullar

Təklif olunan
POLYESTER MƏCUN

Təmir, dolğu və yoxlama məcunu

5.00 AZN
Anbarda: 63 ədəd
Təklif olunan
ANTİBAKTERİAL SOBPLUS

Antibakterial daxili cəbhə boyası

13.00 AZN
Anbarda: 61 ədəd
Təklif olunan
GOLD FASAD
Sobsan GOLD FASAD

Fasad boyası

60.00 AZN
Anbarda: 89 ədəd
Təklif olunan
GOLD BOYA
Sobsan GOLD BOYA

Metallik boya

8.00 AZN
Anbarda: 75 ədəd