Məhsul haqqında :GoldFasad akrilik kopolimer emulsiyabağlayıcı əsaslı, mat görünüşlü xarici cəbhə boyasıdır.
Xüsusiyyətləri : Tətbiq olunduğu səthlərə mükəmməl şəkildə yapışır, çatlamaz və tökülməz. Sürtünməyə, yuyulmağa, qələvi və suya dayanıqlı, yüksək örtmə gücünə malik, rəngləri solmayan, keyfiyyətli xarici cəbhə boyasıdır.
İstifadə sahələri : Hər növ gips, suvaq, beton və alçıpan kimi xarici səthlərdə dekorativ və qoruyucu məqsədlə güvənli şəkildə istifadə olunur.
Tətbiqi : Tətbiq olunacaq səthlər sağlam, quru və təmiz olmalıdır. Qabarmış və köhnə boyalı səthlər qazınaraq təmizlənməlidir. Düzgün bir səth əldə etmək üçün səthə məcun vurulmalıdır. Məcun vurulduqdan sonra səth lazım olarsa, sumbata olunmalıdır və Sobsilex Prim Astarı ilə astarlanmalıdır. Astar tətbiq olunduqdan 2-3 saat sonra Gold Fasad xarici cəbhə boyası 5-10 % nisbətində su ilə incəldilərək, iki qat şəkildə fırça və ya rulo ilə tətbiq edilir. Qatlar arasında ən az 4-12 saat gözlənilməlidir. Tətbiq sırasında mühit və səth temperaturunun 5-35 °C arasında olmasına diqqət olunmalıdır.
Sərfiyyat : 1 kg Gold Fasad xarici cəbhə boyası ilə tək qat şəkildə səthə bağlı olaraq 6- 8 m² səth boyana bilər.
Saxlama müddəti : Birbaşa günəş işığı düşməyən 5-35°C-lik mühitdə, açılmamış orijinal qablarda 3 il saxlana bilər. Aşırı isti və nəmdən qorunmalıdır.
Təhlükəsizlik şərtləri :
S 2 : Uşaqların əli çatdığı yerlərdən uzaq tutun.
S 3 / 7 : Qabı sərin yerdə,ağzı bağlı halda saxlayın.
S 24 / 25 : Göz və dəri ilə təmasdan qoruyun.
S 29 : Kanalizasiyaya atmayın.
S 46 : Udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Qeyd : Məhsulların istifadə və saxlanma təlimatına əməl olunmadığı təqdirdə, istehsalçı şirkət ortaya çıxan qüsur və nəticələrə görə məsuliyyət daşımır !