*4545

“ Rəmzi-S MMC ” - Sobsan markası ilə Qafqazın  və Azərbaycanın   ilk  lak - boya  istehsalı müəssisəsidir. Müstəqilliyimizin bərpasından sonra düşünülmüş  iqtisadi siyasətin nəticəsi olaraq  iqtisadiyyatımızın bütün sahələrində  sabitliyə nail olundu və əlverişli  biznes mühiti yaradıldı. Qeyri -neft sektorunun inkişafına  göstərilən diqqətin təzahürü olaraq özəl sektorun ölkənin sosial- iqtisadi inkişafında rolu daha da artdı. Yeni-yeni nüfuzlu şirkətlərin yaranmasına zəmin yaratdı ki, bunun bariz nümunəsi  "Sobsan Boyadır".

Boya istehsalına  başlayarkən məqsədimiz Azərbaycan istehsalı və  Azərbaycan markası olmaq idi. Bu  inamla da Azərbaycanda  ilk yerli boya fabrikini qurduq və fabrikində yerli məhsul istehsal edən ilk  biz olduq. Boya sektoruna girdiyimiz  ilk ildən artan satış və düzgün bazarlama sistemi sayəsində dinamik şəkildə böyüyərək zaman içərisində sektorun  güvəndiyi  markaya çevrildik.

Haqqımızda

   25 ildir fəaliyyət göstərən "Sobsan Boyaları" müasir texnologiya ilə yüksək keyfiyyətdə  boya məhsulları  istehsal edir. Yüksək keyfiyyətli yapışdırıcılar,  laklar,  astar boyalar, daxili və fasad boyaları, sənaye boyaları, kafel- keramika yapışdırıcıları, su əsaslı boyalar, dekorativ boyalar, gəmi boyaları, təmir-inşaat alətləri və ən əsası ekoloji cəhətdən sağlam məhsullar  istehsal edir.  Məhsullar ISO 9001:2015, ISO 45001:2018  standartlarına uyğun olaraq istehsal edilir. İstehsal olunan  məhsullar müasir avadanlıqlarla  təchiz olunmuş laboratoriyalarda sınaqdan keçirilərək müştərilərə ən yaxşı formada təqdim olunur. Hər il yeni məhsullar istehsal etməyi  hədəf olaraq müəyyən edən Sobsan daha çox müştərilərin istək və tələbatı əsasında yeni məhsullar yaradır. Məhsul istehsal edərkən ekoloji təsirlərin nəzərə alınması işin əsas prinsipidir.

"Sobsan Boyaları" həmçinin də  premium keyfiyyətdə dekorativ boyalar istehsal edən ilk və tək yerli şirkətdir. 25 illik təcrübənin verdiyi gücə dayanaraq dekorativ boya sahəsinə daim yeniliklər gətirən Sobsan həm fasad, həm də daxili məkanlar üçün  gözoxşayan, zərif görünüşü ilə fərq yaradan boyalar istehsal edir. Dekorativ boyalar sərhədsiz rəng seçimi və teksturası  ilə yanaşı  rütubətə davamlıdır və  ekoloji cəhətdən  zərərsizdir.

Bunlardan əlavə ilk dəfə "Sobsan Boyaları"   ölkə ərazisində Almaniya istehsalı olan “Rəngləndirmə Sistemi” vasitəsilə müştərilərinə qısa müddətə istədikləri rəngi əldə etmə imkanı yaratdı. Demək olar ki, ölkə ərazisindəki bütün satış nöqtələrimiz bu avadanlıqla təmin olunaraq müştərilərə həm vaxt , həm də maddi qənaət gətirdi. Məqsəd müştərilərin qısa müddətə istədikləri rəngi əldə etmə imkanı yaradaraq dəyişən və daim yenilənən ehtiyaclarını yüksək səviyyədə qarşılamaqdır.

Bu gün  Azərbaycanın bütün regionları ilə  yanaşı  MDB  və Orta Asiya ölkələrinə, Yaxın Şərqə yüksək keyfiyyətli məhsullar  ixrac olunur. Hədəfi daha böyük satış bazarları olan Sobsan Boya, dövlətin dəstəyi ilə də ildən - ilə xarici ölkələrdəki satış imkanlarını  artırır. 

"Sobsan Boyaları" olaraq ölkə daxilində qazandığımız güvən  və uğurları xarici ölkələrdə də  Azərbaycan brendi adı altında  tanıtmağı özümüzə borc bilirik. Hər keçən gün daha da böyüyən Sobsan  25 illik tarixində keçmişin təcrübəsi, işçilərin əzmi, bugünün  texnologiyası  ilə sağlam addımlarla irəliləyir. Bu gün sektorun  önəmli şirkəti olan "Sobsan Boyaları"  işçi sayı və gündən - günə artan iş yeri imkanı və istehsal gücü ilə  nəinki boya sektorunda, bütövlükdə Azərbaycan sənaye müəssisələri arasında önəmli yerə sahibdir. Şirkət olaraq  hədəfimiz Azərbaycan məhsulunu dünyada brend olaraq  tanıtmaqdır.

Haqqımızda