*4545

Boyamaq üçün vacib qaydalar

17-08-2022

Boyanın ilk günkü görünüşü boyanın quruluşuna və müxtəlif amillərə görə zamanla dəyişə bilər. Bu səbəbdən müəyyən vaxtlarda yenidən rəngləmək lazım gələ bilər. Bundan əlavə yeni məkan dəyişərkən  mövcud boyanın növü və rəngini bəyənmədiyimiz zaman da yenidən rəngləyə bilərik. Təbii ki, boya çəkərkən çox diqqətli olmalıyıq. Boyamaq göründüyü qədər sadə deyil. Qaydalara əməl etmədən çəkilən boya istəmədiyiniz pis nəticələrlə nəticələnə bilər. Boyamadan əvvəl divarlarda çuxurlar və ya kobud səthlər varsa, bu səthləri hamarlamalı və çuxurları məcunla doldurulmalıdır. Boyanacaq səthlərin kir, nəm və yağdan tamamilə təmizləndiyinə əmin olun. Əks halda bir müddət sonra boya divardan atacaq. İstifadə etdiyiniz boya ərazinin iqlim şəraitinə də maksimum uyğun olmalıdır. Bu həm onun ömrünü uzadacaq, həm də eyni işi təkrar görməyin qarşısını alacaq. Bütün detalları nəzərə aldıqdan sonra boyanın daha hamar və güclü olmasını təmin edə bilərsiniz. Seçdiyiniz rulonun və ya fırçanın da boya qədər önəmi var. İstifadəm səthinə uyğun və maksimum keyfiyyətli rulo və fırça  seçmək həm işinizi asanlaşdıracaq, həm də səthdə iz qoymadan mükəmməl görüntü yaradacaq. Rulonuzu mütləq yuxarıdan aşağıya doğru hərəkət etdirin. Bu vəziyyətdə boya həmişə aşağıya doğru axacaq. Ən əsası bu halda boya damcı qalıqları daha az olacaq. Rulonuzu boyaya batırarkən çoxlu boya almaq işinizi daha da çətinləşdirəcək. Səbirli olun, kifayət qədər boya istifadə edin.

Boyamaq üçün vacib qaydalar