“ Rəmzi-S MMC ” - Sobsan markası ilə Qafqazın və Azərbaycanın ilk lak - boya istehsalı müəssisəsidir. Müstəqilliyimizin bərpasından sonra düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq iqtisadiyyatımızın bütün sahələrində sabitliyə nail olundu və əlverişli biznes mühiti yaradıldı. Qeyri -neft sektorunun inkişafına göstərilən diqqətin təzahürü olaraq özəl sektorun ölkənin sosial- iqtisadi inkişafında rolu daha da artdı. Yeni-yeni nüfuzlu şirkətlərin yaranmasına zəmin yaratdı ki, bunun bariz nümunəsi "Sobsan Boyadır".
Boya istehsalına başlayarkən məqsədimiz Azərbaycan istehsalı və Azərbaycan markası olmaq idi. Bu inamla da Azərbaycanda ilk yerli boya fab rikini qurduq və fabrikində yerli məhsul istehsal edən ilk biz olduq. Boya sektoruna girdiyimiz ilk ildən artan satış və düzgün bazarlama sistemi sayəsində dinamik şəkildə böyüyərək zaman içərisində sektorun güvəndiyi markaya çevrildik.
25 ildir fəaliyyət göstərən "Sobsan Boya" müasir texnologiya ilə yüksək keyfiyyətdə boya məhsulları istehsal edir. Yüksək keyfiyyətli yapışdırıcılar, laklar, astar boyalar, daxili boyalar və fasad boyaları, sənaye boyaları, kafel- keramika yapışdırıcıları, su əsaslı boyalar, dekorativ boyalar, gəmi boyaları, təmir-inşaat alətləri və ən əsası ekoloji cəhətdən sağlam məhsullar istehsal edir. Məhsullar ISO 9001:2015, ISO 45001:2018 standartlarına uyğun olaraq istehsal edilir. İstehsal olunan məhsullar müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda sınaqdan keçirilərək müştərilərə ən yaxşı formada təqdim olunur. Hər il yeni məhsullar istehsal etməyi hədəf olaraq müəyyən edən Sobsan daha çox müştərilərin istək və tələbatı əsasında yeni məhsullar yaradır. Məhsul istehsal edərkən ekoloji təsirlərin nəzərə alınması işin əsas prinsipidir.
"Sobsan Boyaları" həmçinin də premium keyfiyyətdə dekorativ boyalar istehsal edən ilk və tək yerli şirkətdir. 25 illik təcrübənin verdiyi gücə dayanaraq dekorativ boya sahəsinə daim yeniliklər gətirən Sobsan həm fasad, həm də daxili məkanlar üçün gözoxşayan, zərif görünüşü ilə fərq yaradan boyalar istehsal edir. Dekorativ boyalar sərhədsiz rəng seçimi və teksturası ilə yanaşı rütubətə davamlıdır və ekoloji cəhətdən zərərsizdir.
Bunlardan əlavə ilk dəfə "Sobsan Boyaları" ölkə ərazisində Almaniya istehsalı olan “Rəngləndirmə Sistemi” vasitəsilə müştərilərinə qısa müddətə istədikləri rəngi əldə etmə imkanı yaratdı. Demək olar ki, ölkə ərazisindəki bütün satış nöqtələrimiz bu avadanlıqla təmin olunaraq müştərilərə həm vaxt , həm də maddi qənaət gətirdi. Məqsəd müştərilərin qısa müddətə istədikləri rəngi əldə etmə imkanı yaradaraq dəyişən və daim yenilənən ehtiyaclarını yüksək səviyyədə qarşılamaqdır.
Bu gün Azərbaycanın bütün regionları ilə yanaşı MDB və Orta Asiya ölkələrinə, Yaxın Şərqə yüksək keyfiyyətli məhsullar ixrac olunur. Hədəfi daha böyük satış bazarları olan Sobsan Boya, dövlətin dəstəyi ilə də ildən - ilə xarici ölkələrdəki satış imkanlarını artırır.
"Sobsan Boyaları" olaraq ölkə daxilində qazandığımız güvən və uğurları xarici ölkələrdə də Azərbaycan brendi adı altında tanıtmağı özümüzə borc bilirik. Hər keçən gün daha da böyüyən Sobsan 25 illik tarixində keçmişin təcrübəsi, işçilərin əzmi, bugünün texnologiyası ilə sağlam addımlarla irəliləyir. Bu gün sektorun önəmli şirkəti olan "Sobsan Boyaları" işçi sayı və gündən - günə artan iş yeri imkanı və istehsal gücü ilə nəinki boya sektorunda, bütövlükdə Azərbaycan sənaye müəssisələri arasında önəmli yerə sahibdir. Şirkət olaraq hədəfimiz Azərbaycan məhsulunu dünyada brend olaraq tanıtmaqdır.