Sobsan universal blok yapışdırıcısı

Məhsulun Adı                : SOBSAN UNİVERSAL BLOK YAPIŞDIRICISI   Məhsulun Qrupu           : Yüksək keyfiyyətli universal hörgü materialları yapıştırıcısı   Tərif                                : Sement və kvars qumu əsaslı, polimer yapışdırıcı və mineral qatqılarla zəngin olan, inşaat prosesinin icra imkanlarını yüngülləşdirən və sürətləndirən, xarici və daxili divarların hörgüsündə istifadə olunan, AZS 039-2000 standartına uyğun istehsal olunan ağ və boz rəngli bir universal hörgü materialları yapışdırıcısıdır.   İstifadə Sahələri             : İnşaat sektorunun sənaye və mülki tikinti sahələrinin daxili və xarici məkanlarında nəzərdə tutulan bütün hörgü işlərində məsaməli blokların, müxtəlif növ kərpiclərin, mişar daşlarının, keramzitobeton və başqa hörgü daş və blokların yapışdırılmasında istifadə olunur.   Xüsusiyyətləri/Üstünlükləri: Müqavimətli və uzun ömürlüdür. Yüksək yapışma müqavimətinə sahibdir, şaquli sürüşməz. Suya və şaxtaya qarşı dayanıqlıdır, yanmaz. Asan hazırlanır və tətbiq olunur. Tətbiq və vaxta qənaət baxımından çox sərfəlidir.