Sobsan extra elyaflı suvaq qarışığı

Məhsulun Adı                : SOBSAN EXTRA ELYAFLI SUVAQ QARIŞIĞI   Məhsulun Qrupu           : Yüksək keyfiyyətli elyaflı suvaq qarışığı   Tərif                                : Sement və kvars qumu ilə istehsal olunmuş, elyaf və kimyəvi qatqılarla zəngin, səth məsaməliyinin minimum olmağı səbəbi ilə karbonasiyaya qarşı müqavimətli, tək komponentli təmir suvağıdır.   İstifadə sahələri: Beton təmirində: Səthdə soyularaq tökülən bölgələrin və iri məsamələrin doldurulmasında, pilləkanların qopmuş hissələri və dəmir beton təmirində istifadə olunur. Beton dolğu işlərində: Tir, sütun, döşəmə, beton dirək, sədlərin çuxurlaşmış bölgələri, gəmi xizəklərinin dolğu işlərində istifadə edilir. Betonun gücləndirilməsində: Zərər görmüş eyvanların, istinadgah və karnizlərin, karroziyaya məruz qalmış betonların, zəlzələdə ziyan görmüş betonların, su izolyasiyasından əvvəl novça və əlavə yerlərin təmiri və gücləndirilməsində istifadə olunur.   Xüsusiyyətləri/Üstünlükləri:

  • Yüksək yapışma gücünə malikdir.
  • Hamar və möhkəm səth meydana gətirir.
  • Şaxtaya və çatlamağa davamiyyətlidir.
  • Dəniz suyuna, kükürdlü sulara və aşındırıcı duzlara qarşı dayanıqlıdır.
  • 5-30 mm qalınlığa qədər tətbiq oluna bilər.