POLİURETAN AĞ MAT BOYA

Təsvir İki komponentli, poliuretan əsaslı, mat görünüşlü son qat boyası. Poliuretan son qat ağ mat boya, sərt və mat səth yaradır və dolğun bir görünüş qazandırır. Cızılmaya, zərbəyə, saralma və ev kimyəvilərinə qarşı davamlıdır. Xüsusiyyətləri Poliuretan son qata vurulan parlaq ağ mat boya daxili istifadə məqsədli mebel və dekorasiya işləri həmçinin mebel sənayesində hər növ sərt və MDF səthlərdə istifadə olunmaq üçün hazırlanmış boyadır. Poliuretan, poliefir və akrilik astarların üzərinə problemsiz olaraq çəkilir. İstifadə qaydası 1. Səthin hazırlanması: Tətbiq olunmazdan əvvəl uyğun cilalama (hamarlaşdırma) əməliyyatından sonra taxta səthlər tozlardan təmizlənməlidir. 2. Qarışıqlıq nisbəti (ağırlığa görə): Poliuretan son qata vurulan ağ mat boya: 2 vahid / Poliuretan son qat ağ mat boya sərtləşdiricisi : 1 vahid 3. Tətbiqetmə forması: Poliuretan son qata vurulan ağ mat boya müəyyən olunan nisbətdə hazırlandıqdan sonra, Poliuretan həlledici ilə durulaşdırılaraq (15-25%) istifadəyə hazır vəziyyətə gətirilir. Poliuretan, poliefir və ya akrilik astarla hazırlanmış səthlərin üzərinə bir /iki çarpaz qat vurulur. İstənildiyi halda 15-20 dəqiqə sonra bir qat daha vurula bilər. Tozsuz bir şəraitdə bərkiməyə qoyulan məhsul ipək, hamar və sürüşgən bir səth yaradır. Sərfiyyat Bir qatda 45-50 µ quru görünüş qalınlığı yaradacaq şəkildə tətbiq olunduqda 1 litr ilə 8-10 m2 sahəyə vurula bilər. Quruma müddəti (20°C): Toxunmaq üçün quruma müddəti: 1,5-2 saat, toz hopmaması üçün quruma müddəti: 50-60 dəqiqə, tam quruma müddəti: 24 saatdır. Parlaqlıq nöqtəsi: <21°C Saxlanma şərtrləri Birbaşa günəş işığı düşməyən 5-35°C şəraitdə, açılmamış original qabında 1 il saxlanıla bilər. Həddindən artıq istilik və nəmdən qorunmalıdır. Əsas xəbərdarlıqlar: Poliuretan son qata vurulan ağ mat boya vurulmazdan əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra istifadə etmək mümkün olmadığı üçün məhsulu israf etməmək məqsədilə qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiqetmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətlər Poliuretan həlledici ilə təmizlənməlidir. Poliuretan son qata vurulan ağ mat boya çəkilən səthlər 24 saat müddətində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Poliuretan son qata vurulan ağ mat boya qətiyyən kanalizasiya və su kanallarına tökülməməlidir. Tətbiqetmə yuxarıda qeyd olunduğu kimi həyata keçirilməlidir. Xəbərdarlıq R 11: Asanlıqla alovlana bilir. R 20/21/22 : Nəfəs aldıqda, dəri ilə təmasda, udulduqda sağlamlıq üçün zərərlidir. R 36: Gözləri qıcıqlandırır. Təhlükəsizlik şərtləri: S 2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlanılmalıdır. S 3 / 7 / 9: Qutu bağlı vəziyyətdə, sərin və yaxşı havalandırılan yerlərdə saxlanılmalıdır. S 16: Alışdırıcılardan uzaq tutulmalı, siqaret çəkilməməlidir. S 24 / 25: Göz və dəri təmasından çəkinilməlidir. S 29: Kanalizasiyaya axıdılması qadağandır. S 46: Udulması halında təcili həkimə müraciət edilməli, qabı və etiketi göstərilməlidir. S 51: Yaxşı havalandırılan yerlərdə istifadə edilməlidir.