POLİURETAN AĞ YARIMAT BOYA

Təsvir Poliuretan əsaslı, iki komponentdən ibarət son qat üçün vurulan ağ yarımat boyadır. Özəllikəri Poliuretan son qata vurulan ağ yarımat boya daxili istifadə məqsədli mebel və dekorasiya işləri həmçinin mebel sənayesində hər növ sərt və MDF səthlərdə istifadə olunmaq üçün hazırlanmış boyadır. Poliuretan, poliefir və akrilik astarların üzərinə problemsiz olaraq çəkilir. Tətbiq edildiyi Sahələr 1. Səthin hazırlanması: Boya vurulacaq səthlər möhkəm, təmiz, nəm və yağdan təmizlənmiş olmalıdır. İlk dəfə boyanacaq taxta səthlər boya vurulmazdan əvvəl taxta qoruyucu ilə astarlana bilər. Səthlər Poliuretan dolğu lakı ilə doldurulmalı, quruduqdan sonra isə hamarlanmalı və təmizlənməlidir. Dolğu lakı vurulduqdan ən azı 12 saat sonra son qatın lakı vurula bilər. 2. Qarışıqlıq nisbəti (ağırlığa görə): Poliuretan ağ yarımat lakı: 4 vahid / Poliuretan sərtləşdiricisi : 1 vahid 3. Tətbiqetmə forması: 4 vahid Poliuretan ağ yarımat lakı 1 vahid poliuretan sərtləşdiricisi ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq 40-50% nisbətində Poliuretan həlledici ilə durulaşdırılır. Poliuretan ağ yarımat lakı iki qat şəkildə boya aləti ilə çəkilir. Qatlar arasında ən azı 2-3 saat gözləmək lazımdır. Sərfiyyat: 1 kq Poliuretan ağ yarımat lakı ilə bir qat olmaqla 8-10 m2 sahə laklana bilər. Quruma müddəti (20°C): Toxunmaq üçün quruma müddəti: 30-40 dəqiqə, toz hopmaması üçün quruma müddəti: 15-20 dəq, tam quruma müddəti: 24 saatdır. Parlaqlıq nöqtəsi <21°C Saxlanma şərtləri Birbaşa günəş işığı düşməyən 5-35°C şəraitdə, açılmamış original qabında 1 il saxlanıla bilər. Həddindən artıq istilik və nəmdən qorunmalıdır. Əsas xəbərdarlıqlar Poliuretan ağ yarımat lakı vurulmazdan əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra istifadəsi mümkün olmadığı üçün məhsulu israf etməmək məqsədilə qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiqetmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətlər Poliuretan həlledici ilə təmizlənməlidir. Lak vurulan səthlər 48 saat müddətində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Poliuretan ağ yarımat lakı qətiyyən kanalizasiya və su kanallarına axıdıla bilməz. Tətbiqetmə yuxarıda qeyd olunduğu kimi həyata keçirilməlidir. Xəbərdarlıq R 11: Asanlıqla alovlana bilir. R 20/21/22 : Nəfəs aldıqda, dəri ilə təmasda, udulduqda sağlamlıq üçün zərərlidir. R 36: Gözləri qıcıqlandırır. Təhlükəsizlik şərtləri: S 2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlanılmalıdır. S 3 / 7 / 9: Qutu bağlı vəziyyətdə, sərin və yaxşı havalandırılan yerlərdə saxlanılmalıdır. S 16: Alışdırıcılardan uzaq tutulmalı, siqaret çəkilməməlidir. S 24 / 25: Göz və dəri təmasından çəkinilməlidir. S 29: Kanalizasiyaya axıdılması qadağandır. S 46: Udulması halında təcili həkimə müraciət edilməli, qabı və etiketi göstərilməlidir. S 51: Yaxşı havalandırılan yerlərdə istifadə edilməlidir.