POLİURETAN PARLAQ LAK

Təsvir: Iki komponentli, poliuretan əsaslı, çox parlaq, sonuncu qatda vurulan lakdır. Sobsan Poliuretan Parlaq lak, tam parlaq və dolğun bir görünüş yaradır. Cızılma, zərbə, saralma və ev kimyəvilərinə qarşı davamlıdır. Xüsusiyyətləri: Sobsan Poliuretan parlaq lak, daxili istifadə məqsədli olaraq mebellərin tam və örtük səthlərində dekorativ məqsədli olaraq istifadə üçün hazırlanmış parlaq bir lakdır. Selilozik, poliuretan və ya poliefir dolğu lakla hazırlanmış səthlərin üzərinə son qat lak olaraq istifadə olunur. İstifadə qaydası:

  1. 1. Səthin hazırlanması: Lak vurulacaq səthlər möhkəm, təmiz, nəm və yağdan təmizlənmiş olmalıdır. İlk dəfə boyanacaq taxta səthlər lak vurulmazdan əvvəl taxta qoruyucu ilə astarlana bilər. Səthlər Poliuretan Dolğu lakı ilə doldurulmalı, quruduqdan sonra isə hamarlanmalı və təmizlənməlidir. Dolğu lakı vurulduqdan ən az 12 saat sonra son qatın lakı vurula bilər.
  2. Qarışıqlıq nisbəti (ağırlığa görə):
Poliuretan parlaq lak: 1 vahid / Poliuretan Parlaq lak sərtləşdiricisi : 1 vahid
  1. Tətbiqetmə forması:
4 vahid Poliuretan parlaq lak 1 vahid Poliuretan parlak lak sərtləşdirici ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq Poliuretan həlledici ilə durulaşdırılır. Poliuretan parlaq lak iki qat halında boya aləti ilə vurulur. Qatlar arasında ən az 2-3 saat gözləmək lazımdır. Sərfiyyat: 1 kq Poliuretan parlaq lak ilə bir qat olmaqla 8-10 m2 sahə laklana bilər. Quruma müddəti (20°C): Toxunmaq üçün quruma müddəti: 1.5-2 saat, toz hopmaması üçün quruma müddəti: 60-70 dəqiqə, tam quruma müddəti: 24 saatdır. Parlaqlıq nöqtəsi: <21°C Saxlanma şərtrləri: Birbaşa günəş işığı düşməyən 5-35°C şəraitdə, açılmamış orijinal qabında 1 bir il saxlanıla bilər. Həddindən artıq istilik və nəmdən qorunmalıdır. Saxlanma şərtrləri: Poliuretan parlaq lak vurulmazdan əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra istifadə etmək mümkün olmadığı üçün məhsulu israf etməmək üçün qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiq etmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətlər Poliuretan həlledici ilə təmizlənməlidir. Lak vurulan səthlər 48 saat müddətində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Lak qətiyyən kanalizasiya və su kanallarına tökülməməlidir. Tətbiq etmə yuxarıda qeyd olunduğu kimi həyata keçirilməlidir. Xəbərdarlıq: R 11: Asanlıqla alovlana bilir. R 20/21/22 : Nəfəs aldıqda, dəri ilə təmasda və udulduqda sağlamlıq üçün zərərlidir. R 36: Gözləri qıcıqlandırır. Təhlükəsizlik şərtləri: S2:Uşaqların əlləri çatmayacağı yerlərdə saxlayın. S3/7/9: Qutunu yaxşı bağlanmış şəkildə, sərin və yaxşı havalandırılan yerlərdə saxlayın. S16: Alışdırıcılardan uzaq tutun, siqaret çəkməyin. S24/25: Göz və dəridən uzaq tutun. S29: Kanalizasiyaya atmayın. S46: Udulduqda dərhal həkimə müraciət edin, məhsulun qabını və etiketini göstərin. S51: Yalnız yaxşı havalandırma olan yerlərdə istifadə edin.