POLİURETAN MAT LAK

Təsvir: Poliuretan qətran əsaslı, iki komponentdən ibarət, mat son qat vurulan lakdır. Xüsusiyyətləri: Mebel sənayesində, bərk və taxta səthlərdə dekorasiya və qoruyucu məqsədlərlə rahatlıqla istifadə edilə bilər. Poliuretan əsaslı olması səbəbi ilə zərbəyə, sürtünməyə, cızılma və xarici təsirlərə qarşı davamlı, saralmayan, sürüşkən, parlaq görünüşlüdür. Taxta səthlərdə birbaşa tətbiq edilməklə yanaşı, əvvəlcədən düzgün şəkildə hazırlanmış sellüloz, poliuretan və ya poliefir laklarının üzərindən son qat lakı olaraq vurula bilər. İstifadə qaydası: 1. Səthin hazırlanması: Lak vurulacaq səthlər möhkəm, təmiz, nəm və yağdan təmizlənmiş olmalıdır. İlk dəfə boyanacaq taxta səthlər lak vurulmazdan əvvəl taxta qoruyucu ilə astarlana bilər. Səthlər Poliuretan Dolğu lakı ilə doldurulmalı, quruduqdan sonra isə hamarlanmalı və təmizlənməlidir. Dolğu lakı vurulduqdan ən az 12 saat sonra son qat lak vurula bilər. 2. Qarışıqlıq nisbəti (ağırlığa görə): Poliuretan mat lak: 4 vahid / Poliuretan sərtləşdirici : 1 vahid 3. Tətbiq edilmə şəkli: 4 vahid Poliuretan mat lak 1 vahid Mat lak sərtləşdiricisi ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq 40-50% nisbətində Poliuretan həlledici ilə durulaşdırılır. Poliuretan mat iki qat şəkildə boya aləti ilə vurulur. Qatlar arasında ən az 2-3 saat gözləmək lazımdır. Sərfiyyat: 1 kq Poliuretan mat lak ilə bir qat olmaqla 8-10 m2 sahə laklana bilər. Quruma müddəti (20°C): Toxunmaq üçün quruma müddəti: 30-40 dəqiqə, toz hopmaması üçün quruma müddəti: 15-20 dəq, tam quruma müddəti: 24 saatdır. Parlaqlıq nöqtəsi: <21°C Saxlanma şərtləri: Birbaşa günəş işığı düşməyən 5-35°C şəraitdə, açılmamış orijinal qabında 1 bir il saxlanıla bilər. Həddindən artıq istilik və nəmdən qorunmalıdır. Əsas xəbərdarlıqlar: Poliuretan mat lak vurulmazdan əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra istifadəsi mümkün olmadığı üçün məhsulu israf etməmək üçün qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiq etmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətlər Poliuretan həlledici ilə təmizlənməlidir. Lak vurulan səthlər 48 saat müddətində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Lak qətiyyən kanalizasiya və su kanallarına axıdıla bilməz. Tətbiq etmə yuxarıda qeyd olunduğu kimi həyata keçirilməlidir. Xəbərdarlıq: R11: Asanlıqla alovlana bilir. R20/21/22: Nəfəs aldıqda, dəri ilə təmas etdikdə və udulduqda sağlamlığa zərərlidir. R36: Gözləri qıcıqlandırır. Təhlükəsizlik şərtləri: S2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlayın. S3/7/9: Qutunu yaxşı bağlanmış şəkildə, sərin və yaxşı havalandırılan yerlərdə saxlayın. S16: Alışdırıcılardan uzaq tutun, siqaret çəkməyin. S24/25: Göz və dəridən uzaq tutun. S29: Kanalizasiyaya atmayın. S46: Udulduqda dərhal həkimə müraciət edin, məhsulun qabını və etiketini göstərin. S51: Yalnız yaxşı havalandırma olan yerlərdə istifadə edin.