POLİURETAN YARIMAT LAK

Təsvir: Poliuretan əsaslı, iki komponentdən ibarət, son qat vurulan lakdır. Xüsusiyyətləri Mebel sənayesində, örtük və taxta səthlərdə dekorasiya və qoruyucu məqsədlərlə rahatlıqla istifadə edilə bilər. Poliuretan əsaslı olması səbəbi ilə zərbəyə, sürtünməyə, cızılma və xarici təsirlərə qarşı davamlı, saralmayan, sürüşkən, parlaq görünüşlüdür. Taxta səthlərdə birbaşa tətbiq edilməklə yanaşı, əvvəlcədən düzgün şəkildə hazırlanmış sellüloz, poliuretan və ya poliefir laklarının üzərindən sonuncu qat lakı olaraq vurula bilər. İstifadə qaydası 1.Səthin hazırlanması: Lak vurulacaq səthlər möhkəm, təmiz, nəm və yağdan təmizlənmiş olmalıdır. İlk dəfə boyanacaq taxta səthlər lak vurulmazdan əvvəl taxta qoruyucu ilə astarlana bilər. Səthlər Poliuretan Dolğu lakı ilə doldurulmalı, quruduqdan sonra isə hamarlanmalı və təmizlənməlidir. Dolğu lakı vurulduqdan ən azı 12 saat sonra son qatın lakı vurula bilər. 2.Qarışıqlıq nisbəti (ağırlığa görə): Poliuretan ipəkmat lak: 4 vahid / Poliuretan ipəkmat lak sərtləşdiricisi : 1 vahid Tətbiqetmə forması 4 vahid Poliuretan ipəkmat lak 1 vahid Universal sərtləşdirici ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq 40-50% nisbətində Poliuretan həlledici ilə durulaşdırılır. Poliuretan İpəkmat iki qat şəkildə boya tapançası ilə tətbiq edilir. Qatlar arasında ən az 2-3 saat gözləmək lazımdır. Sərfiyyat 1 kq Poliuretan İpəkmat lak ilə bir qat olmaqla 8-10 m2 sahə laklana bilər. Quruma müddəti (20°C): Toxunmaq üçün quruma müddəti: 30-40 dəqiqə, toz hopmaması üçün quruma müddəti: 15-20 dəq, tam quruma müddəti: 24 saatdır. Parlaqlıq nöqtəsi: <21°C Saxlanma şərtrləri Birbaşa günəş işığı düşməyən 5-35°C şəraitdə, açılmamış orijinal qabında 1 bir il saxlanıla bilər. Həddindən artıq istilik və nəmdən qorunmalıdır. Əsas xəbərdarlıqlar Poliuretan İpəkmat lakı istifadə edilməzdən əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra lakın istifadəsi mümkün olmadığı üçün məhsulu israf etməmək məqsədilə qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiq etmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətlər Poliuretan həlledici ilə təmizlənməlidir. Poliuretan dolğu lakı vurulan səthlər 48 saat müddətində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Lak qətiyyən kanalizasiya və su kanallarına axıdıla bilməz. Tətbiq etmə yuxarıda qeyd olunduğu kimi həyata keçirilməlidir. S2:              Uşaqlardan uzaq tutun. S3/7/9:        Qutunu yaxşı bağlanmış şəkildə, sərin və ventilyasiya sistemi yaxşı olan yerlərdə saxlayın. S16:            Od olan yerlərdən uzaq saxlayın, siqaret çəkməyin. S24/25:       Göz və dəridən uzaq tutun. S29:            Kanalizasiyaya atmayın. S46:            Udulduqda dərhal həkimə müraciət edin, məhsulun qabını və etiketini göstərin. S51:            Yalnız yaxşı ventilyasiya olunan yerlərdə istifadə edin.