POLİURETAN DOLĞU LAK

Təsvir: Poliuretan qətran əsaslı, iki komponentdən ibarət, yüksək doldurma gücünə malik dolğu lak. Xüsusiyyətləri: Mebel sənayesində, sərt və taxta səthlərdə düz və hamar səth əldə etmək üçün rahatlıqla istifadə edilə bilər. Yüksək doldurma gücünə malik, tez quruyan, asanlıqla hamarlanan lakdır. Səthə yaxşıca yapışır, çatlamır, üzərindən çəkiləcək son qat lakların hamar bir səth yaratması üçün şərait yaradır. İstifadə qaydası:

  1. Səthin hazırlanması: Taxta və ya digər səthlər toz, nəm və yağdan təmizlənmiş olmalıdır. Səth lazım gələrsə 220 nömrəli sumbata kağızı (hamarlayıcı) ilə hamarlanmalıdır. Tətbiq etməzdən əvvəl səth taxta qoruyucu ilə astarlana bilər.
  2. Qarışıqlıq nisbəti (ağırlığa görə):
Poliuretan dolğu lak: 2 vahid / Universal bərkidici: 1 vahid
  1. Tətbiqetmə forması: 2 vahid Poliuretan dolğu lak 1 vahid Universal bərkidici ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq 50% nisbətində Poliuretan həlledici ilə durulaşdırılaraq iki və ya üç qat şəkildə boya aləti ilə vurulur. Qatlar arasında ən az 2-3 saat gözləmək lazımdır. Yay aylarında təxminən 2-3 saat, qış aylarında isə təxminən 12 saat sonra, əvvəl sumbata kağızı No: 220 ardından sumbata kağızı No: 400 ilə səth hamarlanaraq son qat lak tətbiq olunmasına hazır vəziyyətə gətirilməlidir.
Sərfiyyat: Bir qatda 45-50 µ quru təbəqə qalınlığı yaradacaq şəkildə tətbiq edildikdə 1 litr ilə 10-12 m2 sahə örtülə bilər. 1 kq Poliuretan dolğu lak ilə bir qat olmaqla 8-10 m2 sahə laklana bilər. Quruma müddəti (20°C): Toxunmaq üçün quruma müddəti: 25-30 dəq, toz hopmaması üçün quruma müddəti: 10-15 dəq, hamarlama: minimum 3 saat, tam quruma müddəti: 12 saatdır. Parlaqlıq nöqtəsi: <21°C Saxlanma şərtləri: Birbaşa günəş şüası düşməyən 5-35°C şəraitdə, açılmamış orijinal qabında 1 il saxlanıla bilər. Həddindən artıq istilik və nəmdən qorunmalıdır.   Əsas xəbərdarlıqlar: Poliuretan dolğu lak istifadə edilməzdən əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra lakın istifadəsi mümkün olmadığı üçün məhsulu israf etməmək məqsədilə qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiq etmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətlər Poliuretan həlledici ilə təmizlənməlidir. Poliuretan dolğu lak vurulan səthlər 24 saat müddətində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Poliuretan Dolğu lak qətiyyən kanalizasiya və su kanallarına axıdıla bilməz. Tətbiq etmə yuxarıda qeyd olunduğu kimi həyata keçirilməlidir. Xəbərdarlıq: R 11: Asanlıqla alovlana bilir. R 20/21/22 : Nəfəs aldıqda, dəri ilə təmasda, udulduqda sağlamlıq üçün zərərlidir. R 36: Gözləri qıcıqlandırır. Təhlükəsizlik şərtləri: S 2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlanılmalıdır. S 3 / 7 / 9: Qutu bağlı vəziyyətdə, sərin və yaxşı havalandırılan yerlərdə saxlanılmalıdır. S 16: Alışdırıcılardan uzaq tutulmalı, siqaret çəkilməməlidir. S 24 / 25: Göz və dəri təmasından çəkinilməlidir. S 29: Kanalizasiyaya axıdılması qadağandır. S 46: Udulması halında təcili həkimə müraciət edilməli, qabı və etiketi göstərilməlidir. S 51: Yaxşı havalandırılan yerlərdə istifadə edilməlidir.