POLİURETAN ASTAR

Təsvir İki komponentli, poliuretan əsaslı, bərkidici bir əsasdır. Poliuretan Astar yüksək doldurma qabiliyyətinə malikdir. Taxta səthlərə çox yaxşı yapışan elastik bir təbəqə yaradır. Asanlıqla hamarlanır və üzərinə tətbiq ediləcək son qat boyalar üçün düz bir səthin yaranmasını təmin edir. Özəllikləri Bərk, MDF, DSP kimi hər növ taxta səthlərdə lak astar kimi istifadə olunur. Yüksək quruma sürəti, kəskin künc və kənarlarda örtücülük, səthdə düzgün yayılma, mükəmməl hamarlanma xüsusyyətlərinə sahibdir. İstifadə qaydası: 1-Səthin hazırlaması : İstifadə etməzdən əvvəl uyğun cilalama əməliyyatından sonra taxta səthlər tozlardan təmizlənməlidir. 2-Qarışıqlıq nisbəti ( Ağırlığa görə ) : Poliuretan Astar: 3 vahid / Poliuretan Astar Bərkidici: 1 vahid 3-Tətbiqetmə forması : 3 vahid Poliuretan Astar, 1 vahid Poliuretan Astar bərkidici ilə yaxşıca qarışdırılır. Hazırlanan qarışıq 40% nisbətində Poliuretan Tiner ilə nazikləşdirilərək, iki və ya üç qat halında boya tapançası ilə tətbiq edilir. Qatlar arasında ən az 2-3 saat fasilə verilməlidir. Yay aylarında təxminən 2-3 saat , qış aylarında isə təxminən 8 saat sonra, əvvəlcə sumbata kağızı No: 220 ardından sumbata kağızı No: 400 ilə hamarlanaraq sonqat boya tətbiq olunmasına hazır vəziyyətə gətirilməlidir. Sərfiyyat: Bir qatda 45-50 µ quru təbəqə qalınlığı yaradacaq şəkildə tətbiq edildikdə 1 litrlə 10-12 m² sahəyə istifadə edilə bilər. Quruma müddəti (20°C) : Toxunmaq üçün quruma müddəti: 25-30 dəq, toz hopmaması üçün quruma müddəti: 10-15 dəqiqə, hamarlama: minimum 3 saat, tam quruma müddəti: 10 saatdır. Parlaqlıq nöqtəsi:< 21°C Saxlanma şərtləri: Birbaşa günəş şüası düşməyən 5-35°C şəraitdə, açılmamış orijinal qabında 1 il saxlanıla bilər. Həddindən artıq isti və nəmdən qorunmalıdır. Əsas xəbərdarlıqlar : Poliuretan Astar istifadə olunmazdan əvvəl yaxşıca qarışdırılmalıdır. Qarışığın istifadə müddəti sona çatdıqdan sonra astarın istifadəsi mümkün olmadığı üçün məhsulu israf etməmək məqsədilə qarışıq nisbətlərinə diqqət etmək və kiçik miqdarda qarışıqlar hazırlamaq lazımdır. Tətbiq etmə zamanı mühitin temperaturu 5-35°C olmalıdır. Hər istifadədən sonra alətləri Poliuretan həlledici ilə təmizlənməlidir. Poliuretan Astar tətbiq edilən səthlər 24 saat müddətinə fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Poliuretan Astar qətiyyən kanalizasiya və su kanallarına axıdıla bilməz. Tətbiqetmə yuxarıda müəyyən olunduğu kimi həyata keçirilməlidir. Xəbərdarlıq: R 11: Asanlıqla alovlana bilir. R 20/21/22: Nəfəs aldıqda, dəri ilə təmasda və udulduqda sağlamlıq üçün zərərlidir. R 36: Gözləri qıcıqlandırır. Təhlükəsizlik şərtləri: S2: Uşaqların əlləri çatmayacağı yerlərdə saxlayın. S3/7/9: Qutunu yaxşı bağlanmış şəkildə, sərin və yaxşı havalandırılan yerlərdə saxlayın. S16: Alışdırıcılardan uzaq tutun, siqaret çəkməyin. S24/25: Göz və dəridən uzaq tutun. S29: Kanalizasiyaya atmayın. S46: Udulduqda dərhal həkimə müraciət edin, məhsulun qabını və etiketini göstərin. S51: Yalnız yaxşı havalandırma olan yerlərdə istifadə edin.             Zərərli (Harmful)                                                                                        Alovlana bilir (Flammable)