Otaqlarınızın rəng seçimini etdinizmi?

Evinizi boyamağa qərar versəniz də hansı rəngin sizə uyğun olduğunu tapmaq çətindir. Rənginizi tapmaq üçün qardirobunuzdan ilham ala bilərsiniz!

Divarlarınızın rəngini təyin edərkən, rənglərin insan üzərindəki psixologiyası haqqında fikir sahibi olarsanız işləriniz çox asanlaşacaqdır. Rəng mütəxəssisləri rənglərin üzərimizdə müsbət təsirləri olduğu haqqında ortaq bir fikrə sahibdirlər. Hər otağın funksiyasına görə fərqli bir rəngə boyanması vacibliyini düşünürlər.

Hansı otağınızda hansı rəngləri istifadə etməlisiniz?

Qonaq otağı:

Qırmızı və torpaq tonları, sarı və narıncı kimi rənglərlə qonaq otağınızda səmimi və güvən dolu bir sahə yarada bilərsiniz. Bu tərz narıncı rəngləri sizə keyifli bir söhbət mühiti yaradar.

Mətbəx:

Mətbəxtdə istifadə edəcəyiniz tonlar yenə təbiət rənglərindən olmalıdır. Mavi və ağ tonlar mətbəxinizdə gigiyenik və sakitləşdirici təsirə sahibdirlər. Restoranlarda istifadə edilən qırmızı və sarı kimi rənglər isə iştah açmağa daha uyğundur. Əgər kilo probleminiz yoxdursa bu rəngləri tərcih edə bilərsiniz!

Yataq Otağı:

Yataq otağınızda seçəcəyiniz rənglər sizin üçün keyfiyyətli bir yuxu mühiti təqdim edir. Bu otaqda ağır,tünd rənglər seçmək yerinə mat və neytral tonlar seçməlisiniz.Dekoratorlar özəlliklə mavi ilə yaşıl tonları məsləhət görürlər. Ayrıca bej, qum rəngi və sarı ilə də dinc bir yuxunun dadını çıxara bilərsiniz.