Boyamadan əvvəl düşünməli olduğunuz texniki detallar

Mebellərin evinizi kifayət qədər əks etdirmədiyini düşünə bilərsiniz, o zaman siz də divarları dəyişdirin! Əslində bunun üçün bilməli olduğunuz tək məsələ evə uyğun boyama texnikasıdır.

Evinizi makiyaj etməklə bəzi qüsurları gizlədə bilərsiniz. Kiçik otaqlarınızda açıq rənglər istifadə edərək daha gözəl bir görünüş əldə edərsiniz. Egər evinizin tavanı yastıdırsa açıq rənglərdən istifadə edərək divarlarınızı tünd rəngə boyayın. Yenə fərqli rəng tonlarıyla kitabxana, rəf kimi bölmələrin arxa hissələrini, sütunları boyayaraq məkana yeni bir nəfəs qatın.

Qonaq otağınızda və geniş otaqlarda rəng çalarları yaradın!

Böyük otaqlarınızı daha enerjili və gözəçarpan hala gətirmək üçün seçdiyiniz iki rəngin çalarlarını qarşılıqlı olaraq divara çəkin ya da bitişik divarlarda eyni rəngin çalarlarını tutmağa çalışın. Evinizi boyamağa başlamazdan əvvəl döşəmə rənginə diqqət etməlisiniz. Divarlar döşəmə rəngindən açıq olmalıdır, çünki gözünüz ilk olaraq açıq və canlı rəngləri seçər. Egər döşəmə rəngi daha tünd olarsa diqqətiniz davamlı olaraq döşəməyə yönələcəkdir.