BOYA ÖZƏLLİKLƏRİ

Boya seçimində məhsulun fiziki, mexaniki və texnoloji özəlliklərinə diqqət edilməsi və seçimin bunlar diqqət önündə tutularaq edilməsi çox vacibdir, çünki bu proseslər boyanın asan sürülməsini, tez qurumasını və bunlara bağlı olaraq boyanmış səthlərin gözəl və sağlam görünməsini təmin edər. Boyaların özəlliklərini aşağdakı başlıqlarda sıralaya bilərsiniz:

Örtücülüyü – Sıxlığı – Axıcılığı – Quruma zamanı – Sərfiyyatı

Örtücülük – Müəyyən boya sərfiyatı ilə kontrastlı səthləri gözəl bir şəkildə örtmək. Bəzi boyalarla, kontrastlı səthləri tək bir boyama ilə qapatmaq mümkündür. Ancaq bu cür boyaların ən böyük özəlliyi, sərfiyyatın az olması ilə yanaşı qiymətin yüksək olmasıdır. Bunun əksi də mümkündür. Məsələn ağ- qara bir səthi boyayaraq örtmək üçün, 4-5 qat boya sürtmək lazım gələ bilər. Bu cür boyaların səthi örtmək özəlliyi mümkün olmur və ya çox da yaxşı alınmır. Keyfiyyətli boyaların ümumiyyətlə ikiqat sürülməsi istiqamətində ən əsas qənaətcillik hakimdir.
Sıxlığı ilə bərabər boyanın səthi örtmə özəlliyinin yüksək olması, keyfiyyətinin göstəricisidir. Boya nə qədər az sıxlıqda olur və eyni zamanda səthi gözəl bir şəkildə örtürsə, bucür maddə ilə işləmək olduqca rahat və zövqlü olur. Xüsusən də bu, fırça ilə böyük sahələrin boyanmasında özünü daha yaxşı büruzə verir. Müəyyən zaman sonra, boya çəkilən fırçanın ağırlığı mütləq boyacının işlərinə təsir etməyə başlayacaqdır. Buna görə boya nə qədər yumşaq olarsa, işləmək bir o qədər rahat və asan olar.

Axıcılıq mexanik basqı edildiyi zaman boyanın içərisindəki axıcılığı artıran ünsürdür. İş əsnasında bu özünü bucür göstərəcəkdir: Keyfiyyətli boya fırçayla çəkildiyi zaman, axmaz və yerə damlamaz. Səthdə düz bir təbəqə yaradaraq və fırçanın hərəkət etdirilməsi ilə boya gözəl bir şəkildə yayılır və çəkilir. Keyfiyyəti nə olursa olsun, su əsaslı akrilik boyaların quruma müddəti təqribən eynidir. Quruma müddətinə təsir edən faktorlar səthin və ortamın istiliyi və rütubət miqdarıdır. Məsələn, havanın və səthin istiliyi 20 oC və havanın rütubət miqdarı 65% olarsa, quruma müddəti ikinci bir tətbiqetməyə qədər təqribən 4-6 saat olacaqdır. Yuxarıda da qeyd edildiyi kimi, boya sərfiyyatı boyanın səthi örtmə özəlliyinə bağlıdır. Su əsaslı boyalarda bu miqdar ümumilikdə 150-220 ml/m2  – dir.

BOYA TƏTBİQİ ZAMANI BAŞLICA MƏRHƏLƏ VƏ ÜSULLAR

Gözəl görünüş və səthə çəkilən boyanın uzun ömürlülüyü 60% səthin hazırlanmasına, 10-15% boyanın doğru istifadəsinə, 25-30% boyanın keyfiyyətinə bağlıdır.

Səthin hazırlanması

Örtücülüyün yüksək və boyanın uzun ömürlü olması baxımından boya çəkilmədən əvvəl səthin doğru şəkildə hazırlanması çox vacibdir. Təmizləmə işləmə səthdəki çirkin, pasın, yağın və köhnə boya qalıqlarının yox edilməsiylə mümkün olur. Səth mexaniki və kimyəvi olmaqla iki şəkildə təmizlənə bilər.

Mexaniki təmizləmə üsullarına: alətlərin köməkliyi ilə təmizlik (fırça, sumbat kağızı), torpaq, qum-su qarışımı ilə təmizləmə aiddir. Bu üsullara müraciət edərək hamar və düz bir səth əldə etmək mümkündür. Beləliklə, lak və boyanın rahat bir şəkildə çəkilməsi təmin edilmiş olur. Kimyəvi təmizləmə üsullarına isə, (yaranan çirklərin növlərinə asılı olaraq) əvvəlcə maye kimyəvi təmizlik maddələrilə və ya aktiv həlledici maddələr ilə edilən təmizliklər aiddir.

Lak-boya tətbiq edilməzdən əvvəl, səthə bir şəkildə mütləq müdaxilə etmək məcburiyyətindəyik. Bunun üçün əvvəl səthi diqqətlə incələmək lazım gəlir. Əgər köhnə boya qalın bir qat olaraq səthdə çox sağlam bir şəkildə durursa, onu uyğun təmizlik maddələri və ilıq su ilə yumaq və qurutmaq kifayətdir. Əgər səthdəki köhnə lak-boya sağlam qalmırsa, o zaman onu qazıyaraq tamamən təmizləmək lazımdır.

Astarlama

Səth hazırlandıqdan sonra əvvəlki məsələ astarın çəkilməsidir. Bu, boyamaya keçməzdən əvvəl edilən ən vacib hazırlıqdır. Çəkilən ilk astar qat, daha sonra ediləcək olan bütün tətbiqlər üçün bir mənada təməl yaratmaqdadır. Astar qat, lak-boya tətbiqi ediləcək səthlərdə, boya və səth arasında çox qüvvətli bir əlaqə yaratmaqdadır. Astar eyni zamanda səthin qoruyuculuq funksiyasını da əvəz etməkdədir. Astar fırçayla çəkiləcəyi kimi, tapanca və ya digər üsullarla da çəkilə bilər. Astar qatı çox incə olmalıdır.

Məcunlama

Məcun səthin düz olması üçün vacibdir. Çox incə bir təbəqə olaraq çəkmək lazım gəlir. Qalın qat olaraq tətbiq ediləcəyi təqdirdə daha sonra çatlaya bilər. Nəticədə səth və üzərinə çəkilən boyaya mənfi şəkildə təsir edər. Məcun çəkilən səthin yaxşı qurumasını gözləmək lazımdır. Məcun ən çox 3 qat olaraq tətbiq edilir və qalınlığı 3 mm-i keçməməlidir.

Hamarlama

Məcun quruduqdan sonra səthdə çıxıntılar və əyriliklər aşkar edilir. Bunların aradan qaldırılması üçün hamarlama işi görülür. Hamarlama sırasında səth mat görünüm almakdadır. Boya qatları arasındakı yapışmanı asanlaşdırır. Hamarlama işləri üçün hamarlayıcı, aşındırıcı kağız və ya bez istifadə etmək lazım gəlir.

Boyama

Emulsiya, boya, lak alət olaraq fırça, rulo və tapanca və s. ilə səthə tətbiq olunmaqdadır.

ALƏTLƏR VƏ AVADANLIQLAR

  1. Mala – məcun qatlarının səthlərə çəkilməsi və düzəldilməsində istifadə edilən alətdir. Mala taxta, metal, kauçuk və plastik ola bilir.
  2. Fırça – lak və boyaların səthə tətbiq edilməsi üçün istifadə edilən alətlərdir. Müxtəlif növ olan fırçalar, aşağıdakı işlərdə istifadə edilir:
    • Astarların çəkilməsində, divarların, tavan və döşəmələrin iki əllə boyanmasında istifadə edilən fırçalar.
    • Səthlərin iki əllə yuyulması-təmizlənməsi, astarlanması, ağardılması və boyanması üçün istifadə edilən fırçalar.
    • Tək əllə astarlama və boyama işlərində istifadə edilən fırçalar.
    • Qızdırıcı və divarın qızdırıcının arxasında qalan hissəsinin boyanmasında istifadə edilən fırçalar.
    • Qəlib, standard fırçaları. Bu fırçalarda qısa və sərt tellər var.
    • İncə xətlərin çəkilməsində istifadə edilən fırçalar.
    • İstifadə edilməmiş, yeni fırçalar tellərin şişməsi və boyama sırasında qopmaması üçün ilıq sabunlu suda təxminən bir saat gözlənilməlidir. Daha sonra yuyuladuqdan sonra qurudulmalıdır.
  3. Rulon – düz səthlərin boyanmasında istifadə edilir.

FASAD BOYALARI

Fasadın boyanması üçün ən uyğun mövsüm yazın ilk günləri və ya payız aylarıdır. Bu mövsümlərdə quru və ilıq havalarda işlər görülməli, çox isti və hava istiliyinin dəyişkən olmamasına diqqət edilməlidir. Səhər şehinə görə, səhər erkən saatlarında boyama işləri etmək məsləhət görülür. Yaz aylarında isə günün ikinci yarısında, günortadan sonra boyama etmək daha uyğunudur. Bu saatlarda günəş az olduğu üçün, boyanan səthin istilik dərəcəsi boyama işləri üçün uyğun olmaqdadır. Fasadın boyanması üçün istehsal edilən bütün lak və boyalar qoruyucu-dekorativ kateqoriyaya aiddir. Bu cür maddələr sadəcə fasada gözəllik verməklə bitməyib eyni zamanda onları ətraf mühitin zərərli, dağıdıcı və aşındırıcı təsirlərindən qoruma funksiyası da daşıyırlar.

Başlıca aşındırıcı və zərərverici təsirlər bunlardır:

  • Dəyişən hava şərtləri
  • Yüksək rütubət
  • Günəş şüaları (ultrafiolet şüalar)
  • Külək
  • Biolojik təsirlər (yosun, mantar və s.)
  • Ətraf mühitin sənaye tullantıları ilə çirklənməsi və ekoloji tarazlığın pozulması
  • Binanın boyanan səthinin boya/lak olan hissəsinin fiziki və ya kimyəvi ziddiyəti

Ən böyük dağıdıcı və təhrif edici əlamətlər – atmosferin çirklənməsi, günəş şüaları və yüksək rütubət kimi ünsürlər və dəyişən hava şərtləridir.

Boyanın uzun ömürlü ola bilməsi və gözəlliyini uzun müddət qoruması üçün, boya və boyanan səth bir-birləri ilə uyum içərisində olmalıdırlar. Mineral səthlərin istiliyinin düşməsi ilə rütubəti içərisinə çəkmə və istiliyin yüksəlməsilə isə tam əksi, istiliyi buxar şəklində xaricə ötürmə özəlliyi yaranır. Bu üzdən bu cür səthlər üçün istifadə edilən fasad boyaları, suyu və buxarı keçirməyən quruluşa sahib olmalıdırlar, əks halda buxar boyanı qopararaq səthə zərər verir. Fasad divarına nəfəs almağı əngəlləyən boyalar çəkildiyində, boyayla səth arasında rütubət toplanır və zamanla səthin mineral təməli təhrif olur.

Zəif nəfəs alan boyalarla boyanmış köhnə kərpiç binalar, məcunun altında köhnəlməyə və təhrif olmağa başlayar.

Beton səthlər üçün isə bütün su əsaslı boyalar uyğun olmaya bilər. Uyğunsuzluq durumunda, boyanın qələvisi səthə çıxar və səthin üst qatı qələvisiz qalaraq, qazıtılmış sahələrin paslanması və eyni zamanda səthin rənginin erkən solmasına gətirib çıxaradar.

Taxta səthlər üçün isə ən vacibi boyanın elastik və suya dayanıqlı olmasıdır.

Metal boyalarda axtarılan özəllik isə səthə suyu sızdırmaması, uzun müddət elastikliyini qoruması və paslanmanın qarşısını almasıdır.