HAQQIMIZDA

“Rəmzi-S” MMC 1999-cu ildə SOBSAN ticarət markası ilə faəliyyətə başlamış və ötən illər ərzində ciddi formalaşma mərhələlərindən keçərək, bu gün MDB məkanında keyfiyyətli məhsul istehsalçısı kimi bir nüfuzlu müəssisəyə çevrilmişdir. Digər tərəfdən də SOBSAN bir marka olaraq geniş tanınmış və etibarlı bir boya simvoluna çevrilmişdir.

İnnovativ strategiyası və düzgün düşünülmüş biznes siyasəti sayəsində “Rəmzi-S” MMC DuPont və Troy Corporation kimi adlı-sanlı şirkətlərin bölgə distribyutoru kimi fəaliyyət göstərir.

Bu gün Azərbaycan Respublikasi dinamik inkişaf yolunda inamla irəliləyir. Ölkədə geniş quruculuq işləri gedir. Azərbaycan göz önündə yenilənir, müasirləşir və daha cazibədar olur. Ölkəmiz dünyaya açılır və öz inkişafının yeni mərhələsinə qədəm qoyur.

Kiçik və orta sahibkarlığa göstərilən dövlət qayğısı öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun rolu və həcmi artmaqdadır.

Təbiidir ki, Azərbaycanın uğuru bizim hər birimizin uğurudur.

Biz də  istehsal sahəsi olaraq, ölkə iqtisadiyyatının inkişafına öz payımızı veririk və bununla böyük qürur duyuruq.

“Rəmzi-S” MMC öz fəaliyyəti ilə Azərbaycanda və onun  hüdudlarından kənarda da yaxşı tanınan lak-boya istehsalçısıdır. Müəssisənin təklif etdiyi məhsullar yüksək keyfiyyəti ilə ölkə sakinlərinin böyük rəğbətini qazanmaqdadır.

“Rəmzi-S” MMC bu gün 159 ölkənin standartına cavab verən beynəlxalq   İSO 9001: 2008 Keyfiyyət  sertifikatına  layiq görülmüşdür. 

Şirkətin logosunu yüklə (.png)

Tarix

Tarix

Missiyamız

Müştərilərimizin daima dəyişən ehtiyaclarına cavab verəbilmək, məhsullarımızda yeniliklər yaratmaq üçün yeni texnologiyaların tətbiqi və yeni bazarlar kəşf etmək olacaqdır.

Məram, Gələcəyə baxış

SOBSAN olaraq müştərilərimizə yüksək səviyyəli keyfiyyət standardlarına uyğun məhsullar istehsal etmək və Azərbaycanda boya sektorunun lideri olmaqdır.

Mükafatlar və təltiflər

test

Dəyərlərimiz

  • Müştəri məmnuniyyətli
  • Dürüst və şəffaflılıq
  • Yenilikçilik
  • Yaradıcılıq
  • Müştərək iş
  • Məhsuladarlıq
  • Güvənlilik